Şuşada çəkilən məşhur FOTO ilə bağlı ŞOK FAKTLAR üzə çıxdı - XANKƏNDİ YOLUDUR...

 13:57 01.03.2021     557

Ötən gündən sosial şəbəkələrdə gündəmi zəbt edən Şuşanın işğaldan azad edilməsi zamanı çəkilən foto ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Redaktor.az məlumatına görə, sözügedən fotonun müəllifi tanınmış fotoqraf Zaur Mirzeyevdir. Foto Şuşa şəhərinin yaxınılığında çəkilib:

"Bu şəkil kapitulyasiya aktından sonra, ayın 11-də çəkilib. İmzalanan sənədə baxmayaraq, ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır idi. Düşmən tərəfindən hər şey gözləmək olardı. Bu şəkil Şuşa şəhərinin altı, Xankəndinə gedən yoldur. Bu igidlər isə Şuşanı düşməndən təmizləyən əsgərlərimizdir", - deyə müəllif qeyd edib.

Aytac Zeynalova / Redaktor.az