Hərbçilərə ödənilən vəsaitin məbləği AÇIQLANIB

 18:59 01.03.2021     297

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb. 

Qurumun Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib. 

Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.