Azərbaycan hərbçiləri Türkiyədə təlim keçəcək - FOTO
Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim keçəcək.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
“Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. 6 həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq”, - deyə məlumatda qeyd olunub.
Orxan İsmayıl / Redaktor.az
















