Azərbaycan Ordusu təlimlərə belə başladı - VİDEO

 11:50 15.03.2021     378

Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Vumart və Güvən reklamı Vumart Güvən