Hərbçilər şəhidlərin məzarını ziyarət ediblər

 20:41 16.03.2021     455

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar Müdafiə Nazirliyin rəhbər heyəti Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Vumart və Güvən reklamı Vumart Güvən