Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

 19:05 19.03.2021     518

Qarabağda müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.

Redaktor.az-ın xəbərinə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb. 

Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Ermənistan tərəfinə erməni hərbçilərinin meyitlərinin qalıqlarını təhvil verib. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən