MN rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib - FOTO

 12:57 20.03.2021     382

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

222