Hərbi hissədə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

 17:46 20.03.2021     670

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin iştirakı ilə “N” hərbi hissəsində Novruz bayramı qeyd olunub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, çıxış edənlər tədbirə dəvət olunmuş şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

Tədbirin sonunda şəhid ailələrinə bayram hədiyyələri və sovqatı təqdim edilib.