Ordumuzun kəşfiyyat bölmələri təlimlərə başladı - VİDEO

 12:30 07.04.2021     281

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.