Ordumuzun ardıcıl təlimləri nə ilə bağlıdır? - YENİ MÜHARİBƏ, YOXSA...?

 12:33 12.04.2021     779

Vətən müharibəsindən qalib çıxan Azərbaycan Ordusu ardıcıl hərbi təlimlər keçirir. Bəs sözügedən təlimlər nə ilə bağlıdır?

Hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a açıqlamasında hər bir müharibənin yeni hərbi reallıqlar yaratdığını deyib. Bu səbəbdən real vəziyyətə uyğun qarşıya çıxan çətinlikləri, çatışmamazlıqları aradan qaldırmaq üçün təlimlərin keçirildiyini vurğulayıb.

“Ənənəvi təlimlər artıq geridə qalıb, biz yaxın tarixdə Vətən müharibəsinə başladıq və qalib gəldik. Lakin hər bir müharibə özünün qanunlarını, yeni qaydalarını ortaya qoyur. Təlimlər heç vaxt real müharibəni əks etdirə bilməz, çünki təlimlərdə qarşıya qoyulmuş tapşırıqlar var. Müharibə şəraitində isə bu tapşırıqlardan başqa bir çox reallıqlar yaranır ki, o da təlimlərdə öyrənilməyib.

Bu müharibə bizim qarşımızda yeni qaydalar, tapşırıqlar qoydu, çatışmamazlıqları üzə çıxartdı. Bunların gələcəkdə bir daha təkrar olunmaması üçün təlimlər vacibdir. Keçmişdə biz ümumqoşun təlimləri keçirirdiksə, indi aspektlər üzrə keçiririk. Bu rabitə və hava hücumundan müdafiə, texnikadır. Bunların hər biri ayrı-ayrılıqda aspekt olaraq hazırki təlimlərdə keçirilir".

Aysel Hacıyeva / Redaktor.az