Daha bir erməni hərbçinin meyiti Cəbrayılda tapılıb

 21:56 19.04.2021     1025

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

Redaktor.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hərbçinin qalıqları Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

Erməni hərbçinin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1544-ə yüksəlib. //Qafqazinfo