Zenit-raket bölmələrinin təlimləri keçirilir - VİDEO

 09:48 22.04.2021     574

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur.

Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.