Azərbaycan 3 hərbçini Ermənistana təhvil verib - FOTO

 21:43 04.05.2021     516

Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı 3 erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına eniş edib.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, geri qaytarılan hərbçiləri Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov müşayiət edib.