Türkiyədən Azərbaycana yeni hərbi avadanlıqlar gətirilib - VİDEO

 12:36 05.05.2021     456

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.