DSX-dən qalmaqallı görüntüləri ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı görüntüləri yayılıb.
Redaktor.az xəbər verir ki, videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Məsələ ilə bağlı DSX-nin Mətbuat xidmətinin rəhbəri Maya Şərifova bildirib ki, sözügedən görüntülərin ötən il işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”. //Oxu.az












