Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - HƏRBİ TƏLİM / VİDEO

 13:45 16.05.2021     636

Təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Vumart və Güvən reklamı Vumart Güvən