Müdafiə naziri təlimlərlə bağlı məruzələri dinləyib

 16:29 17.05.2021     473

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.