Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO

 10:16 18.05.2021     725

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Vumart və Güvən reklamı Vumart Güvən