Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə vəfat edib - FOTO
Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil.
Redaktor.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












