Füzulidə erməni əsgərlərin meyitləri aşkarlanıb

 21:56 24.05.2021     732

Bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş, əvvəllər itkin düşmüş sayılan daha 4 əsgərinin meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, meyitlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi meyitləri Qarabağda aşkarlanmış, əvvəllər itkin düşmüş əsgərlərin sayını daha açıqlamır. Halbuki əvvəllər bu say mütəmadi olaraq ictimaiyyətə açıqlanırdı. //Report