Mühəndis Qoşunlarının təlim kursları keçirilir

 11:45 25.05.2021     398

Bu gün Qaradağ rayonunun Səngəçal qəsəbəsində Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının "N" saylı hərbi hissəsində təlim kursları davam etdirilib.

Redaktor.az-ın məlumatına görə, kurslarda minatəmizləmə texnika və qurğularının texniki xüsusiyyətləri, texnikaların istismarı, praktiki işləməsi və mina sahəsində partlayışların icrası ilə bərabər qəbulu nümayiş etdirilib. Minatəmizləmə texnikaları kurslarda minaların aşkarlanması və zərərsizləşdirilməsinə cəlb olunub.

Məlumata görə, kurslara cəlb olunan heyətlər sonda serfikatlaşdırılacaq. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən