Azərbaycanın hərbi gəmiləri döyüş atışları icra edib - VİDEO

 13:35 25.05.2021     340

2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.