Hərbçilərimiz paraşüt hazırlıqlarını nümayiş etdirib - Türkiyə

 13:01 26.05.2021     2331

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Təlim iyunun 4-dək davam edəcək.