Hərbçilərimiz təlim uçuşları keçirirlər - Müdafiə Nazirliyi

 15:15 28.05.2021     385

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən (MN) Redaktor.az-a verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.