Zəngilanda erməni təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA

 09:55 31.05.2021     984

“Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb”.

Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.