Ermənistanda hərbçilərin meyitləri morqda saxlanılır

 00:47 04.06.2021     218

Ermənistanın Geqarkunik vilayətinin Martuni şəhərindəki morqda da Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqları soyuduclarda saxlanılır.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Martuni morqunun patoloqu Artaş Xaçatryan deyib. O, meyitlərin sayını açıqlamasa da, hazırda ekspertiza aparıldığını deyib.

O bildirib ki, bu gün 3 meyitin şəxsiyyəti müəyyən edilib:

“Bu rəqəm hər gün artır. Çox sayda meyit var. Sonuncu qalıqlar Abovyan morqundan gətirilib”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Abovyan morqunda erməni hərbçilərin polietilen torbalarda yerə atılmış meyitlərinin görüntüləri yayılıb. Yayılan görüntülərin həqiqiliyini ölkənin səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan da təsdiqləyib. //Qafqazinfo