Ordumuz antitterror əməliyyatlarına başlaya bilər - AÇIQLAMA

 12:16 07.06.2021     809

“Ermənilərin törətdiyi terrorçu əməllərdən sonra bu birinci hadisə deyil ki, vətəndaşlarımız həlak olur. Ərazidə diversantlar var, onların yolları yenidən minalaması və başqa təxribatları davam edir. Hesab edirəm ki, antiterror əməliyyatı üçün biz həddindən artıq gecikirik”.

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Əbuzər Əbilov bildirib. O qeyd edib ki, 10 noyabr razılaşmasına uyğun olaraq Ermənistanın silahlı qüvvələrinin ərazidən çıxarılması yerinə yetirilmir. İşğaldan azad edilən ərazilərdə kifayət qədər erməni hərbçilər var:

“Hazırda onların partizan müharibəsi, diversiya əməliyyatları üçün həddindən artıq böyük resursları var. Bundan əlavə, ərazidə gizli silah-sursat saxlanılan yerlərin olması istisna deyil”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. 

Aysel Hacıyeva / Redaktor.az