SON DƏQİQƏ: Kəlbəcərdə atəşkəs pozulub? - Müdafiə Nazirliyindən AÇIQLAMA

 00:33 06.06.2021     1173

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, - deyə xidmət rəisi vurğulayıb.