Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana səfər edib

 16:40 07.06.2021     721

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.