POLKOVNİK: Yeni təxribatlar gözlənilir - ORDUMUZ HAZIRDIR VƏ...

 15:07 09.06.2021     935

“Diversiya qrupu hazırlananda hava şəraiti və bir neçə xırdalıqlar nəzərə alınır. Azərbaycan əsgəri üçün çətin hava şəraiti yoxdur, bizim əsgər bütün şərtlərdə vətəni qoruyur". 

Redaktor.az xəbər verir ki, bu sözləri ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib. 

Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində əlverişsiz hava şəraitindən istifadə edən düşmən hərbiçilərinin təxribatından və Ermənistandakı seçkiqabağı vəziyyətdən danışan polkovnik bildirib ki, proseslər yekunlaşana qədər  belə təxribatlar təkrar oluna bilər:

"Ermənilər bilərəkdən gərginlik yaradırlar ki, Azərbaycan tərəfindənadekvat hərəkət edilsin. Amma ona nail ola bilmirlər. Əsgərlər təlimatlandırılıb, təxribatçı qüvvələrin cavabını təmkinlə verirlər. Ola bilsin ki, növbəti addım Kəlbəcər olmasın. Çünki orada qar örtüyü əriyib, yollar açılıb. Lakin bizim üçün fərqi yoxdur, Azərbaycan hərbiçiləri qarşısına qoyulan tapşırıqları laiqincə yerini yetirir.

Ermənistanda seçkiqabağı proseslər gedir, vəziyyət mürəkkəbdir. Ordu ilə dövlət rəhbərliyi arasında böyük uçurum var. Orada müəyyən insanlar hakimiyyətə gəlmək istəyir, yalan vədlər verirlər ki, torpaqları geri qaytaracaqlar. Səs toplamaq üçün bu kimi addımlar atırlar”.

Aysel Hacıyeva / Redaktor.az