Şərti düşmənin hava hədəfi məhv edilib - Təlim / FOTO

 12:42 26.06.2021     597

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

22
Vumart və Güvən reklamı Vumart Güvən