Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

 16:45 05.07.2021     542

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.