Müdafiə Nazirliyi təcili məlumat yaydı - ERMƏNİSTANLA SƏRHƏDDƏ NƏ BAŞ VERİR?

 15:06 06.07.2021     1026

“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb”.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”, - deyə MN-dən qeyd edilib. 

Vumart və Güvən reklamı Vumart Güvən