Azərbaycan Ordusunun zabiti özünü güllələyib

 10:33 13.07.2021     817

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.