Vətən müharibəsində 7 hərbçi itkin düşmüş sayılır - SİYAHI

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyulun 14-dək olan siyahısını açıqlayıb.
Redaktor.az-ın xəbərinə görə, siyahıda itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlanıb.
Bildirilir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
