Ermənilər Şuşanı atəşə tutdu - Ordumuz cavab verdi

 09:01 15.07.2021     4567

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.