"Ermənistanın bütün silahlı qüvvələri məhv ediləcək" - AÇIQLAMA

 12:00 28.07.2021     2860

Bu gün yenidən təxribata cəhd edən düşmənin cavabını Azərbaycan Ordusu layiqincə verib.

Bəs görəsən Ermənistanın bu təxibatları nə ilə nəticələnə bilər? Ümumiyyətlə, bu təxribatların arxasında hansı məqsəd dayanır?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarının hərbi ekspert Abuzər Əbilov cavablayıb. O bildirib ki, Ermənistandakı hakimiyyət böhranı silahlı qüvvələrə də təsir edir:

“Ermənistan silahlı qüvvələri nə prezidentə, nə də Baş nazirə tabe deyil. Onlar bu və ya digər partiyalara, xaricdən onları maliyələşdirən qüvvələrə tabedir və onların siyasi kursunu qəbul edir. Ermənistan silahlı qüvvələrində yekdil komandanlıq yoxdur. Buna görə də silahlı qüvvələr və ölkənin özü bir sıra siyasi qüvvələr tərəfindən idarə olunur. Bu gün belə hərbi toqquşmaların olması həmin revanşist qüvvələrin maraqlarına xidmət edir. Bu da Ermənistanın acınacaqlı taleyini qaçılmaz edir. Onlar bilməlidir ki, Azərbaycan Ordusu və hakimiyyəti bu təxribatlara həmişə səbr göstərməyəcək. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə təkrar edib. Qarşıya qoyulan bütün planlar yerinə yetiriləcək”.

Ekspert bildirib ki, əgər bu atışmalar uzun müddət davam edərsə, Ermənistanın bütün silahlı qüvvələri məhv ediləcək:

“Hazırda ordumuz Kəlbəcər istiqamətində ermənilərin atəş nöqtələrini susdururlar. Rəsmi açıqlama olmasa da, ermənilərin çoxsaylı itkilərinin olduğu bizə məlumdur”.

Şəbnəm Mehdizadə / Redaktor.az