Füzulidə daha bir erməni hərbçinin meyiti tapılıb
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Redaktor.az xəbər verir ki, cəsədin qalıqları Füzulidə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1630-a çatıb. //Axar.az












