Ordumuzun tank bölmələri hərəkətə keçdi - DÖYÜŞ HAZIRLIĞI / VİDEO

 13:40 13.08.2021     1079

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir. Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

Vumart və Güvən reklamı Vumart Güvən