Zakir Həsənov Türkiyəyə səfərə gedib

 12:14 16.08.2021     2318

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən