Hərbi dənizçilərimiz yola salınıb - “Dəniz Kuboku” / VİDEO

 11:24 17.08.2021     348

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.

Vumart və Güvən reklamı Vumart Güvən