Azərbaycan hərbçiləri beynəlxalq müsabiqədə çıxış edib - FOTO

 13:17 23.08.2021     269

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib.

Müdafiə NAzirliyindən Redaktor.az-a verilən məlumata görə, müsabiqənin birinci günü "Vokal ustalığı" və "İnstrumental janr" mərhələləri üzrə yekunlaşıb. Hakimlər tərəfindən qiymətləndirmə zamanı iştirakçıların peşəkarlığı və ifa qabiliyyəti nəzərə alınıb.
Müsabiqədə solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.

2222
Vumart və Güvən reklamı Vumart Güvən