“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib - VİDEO

 20:11 26.08.2021     138

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
Fərdi mərhələnin nəticələrinə əsasən hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
Hakimlərin qərarına görə hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan artilleriyaçılar qazanıblar.