“Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir - VİDEO

 14:10 28.08.2021     445

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib. Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Vumart və Güvən reklamı Vumart Güvən