SON DƏQİQƏ: Zakir Həsənov orduya "VUR" əmri verdi - SENTYABRIN 2-nə HAZIRLIQ GÖRÜLÜR...

 17:52 30.08.2021     1053

Xəbər verdiyimiz kimi, müdafiə naziri Zakir Həsənov orduya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilməsi barədə əmr verib.

Tanınmış siyasi şərhçi Asif Nərimanlı Redaktor.az-a bildirib ki, müdafiə naziri bundan öncə də eyni səpkili əmrlər vermişdi. Lakin bu dəfə diqqətçəkən iki məqam var:

"Birincisi, Zakir Həsənov Türkiyədə həmkarı Hulusi Akarla görüşdü və Qarabağdakı vəziyyəti müzakirə etdi.İstisna deyil ki, rəsmi Bakı və Ankara erməni terrorçulara qarşı atılacaq mümkün addımlara və hərbi planlara qərar verib;

İkincisi, əmr sentyabrın 2-dən - erməni separatçı-terrorçuların qondarma “müstəqillik günü” keçirəcəyi tarixdən öncə verilib. Bakı ordunu mümkün siyasi və hərbi təxribatlara hazır vəziyyətə gətirir; Sentyabrın ilk həftəsində erməni təxribatının genişlənəcəyi də istisna deyil".

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən