Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə təlim keçirəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirəcək.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov bildirib.
O qeyd edib ki, “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra Rusiya, Azərbaycan, İran və Qazaxıstandan olan iştirakçılar Xəzər dənizində birgə təlim keçirəcək. //APA