"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib

 18:45 03.09.2021     131

"TURAZ Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

222