ANAMA: Azad edilmiş ərazilərdə 236 mina aşkarlanıb

 14:34 06.09.2021     626

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Redaktor.az-a bildirilib ki, avqustun 30-dən sentyabrın 4-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 188 hektar ərazi mina və PHS-lərdən təmizlənib.