“Dəniz kuboku"nda iştirak edən hərbiçilərimiz Bakıya qayıtdı - VİDEO

 15:49 06.09.2021     821

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.