Türkiyənin göndərdiyi generallar Azərbaycanda nə iş görəcək? - AÇIQLAMA

 13:17 13.09.2021     1410

Türk Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlığına 4 türk generalı təyin olunub. Bunlar Bahtiyar Ersay, Abdullah Qatırcı, Ender Güner və Zekeriye Yalçındır.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı müqavilə var və bu müqavilə çərçivəsində bir sıra işlər görülür:

"Azərbaycanın NATO modelinə uyğun özünəməxsus ordusu var. Həmçinin, Azərbaycan ordu quruculuğunda Türkiyə modelindən daha geniş istifadə edir. Ali Baş Komandan İlham Əliyev də bildirmişdi ki, biz Türkiyə ordusunun daha kiçik modelini qururuq. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusu ilə həmişə çox sıx əlaqədə olub. Azərbaycan generallarının Türkiyəyə, türkiyəli generallar isə Azərbaycana gəlməsi adi haldır. Konkret bu generalların Azərbaycandakı fəaliyyətinə gəlincə, onların Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif sahələrdə məsləhət verəcəyini düşünürəm. Bilirsiniz ki, hazırda ölkəmizdə Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri keçirilir. Yəni hər şey əvvəlcədən nəzərdə tutulmuş əməkdaşlıq planına uyğundur. Bu planı yerinə yetirmək üçün türkiyəli generallar Azərbaycana gəliblər. Bundan əlavə, Azərbaycan müasir müharibədən yenicə qalib çıxmış ölkədir. Burada təcrübə mübadiləsi də gedəcək".

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən